Rusiya 200-dən artıq ABŞ rəsmisinin ölkəyə girişini qadağan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.
Açıqlamada 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulduğu, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu bildirilib.
Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-nin Moskvadakı keçmiş səfiri Con Sallivan kimi tanış simalar da var.azpolitika