image-1backend

Rusiya ABŞ-a nota verdi

image-reklam_sirab_01

ABŞ-ın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi Rusiya XİN-ə çağırılıb. TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfir 3 ABŞ QHT-sinin Rusiyada “arzuolunmaz” elan edildiyi barədə məlumatlandırılıb.

Nazirlik bildirib ki, ABŞ səfirinə bu QHT-lərə hər hansı yardımı dayandırmağı tələb edən nota təqdim edilib.

Bundan başqa, səfirə Rusiyanın “daxili işlərinə qarışmaq cəhdlərinin” sərt şəkildə cavablandırılacağı, o cümlədən ölkədən çıxarılacağı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki