image-1backend

Rusiya bu dəfə Odessanı Krımdan VURDU

image-reklam_sirab_01

Odessa Krımdan güclü raket hücumuna məruz qalıb. Vətəninfo.az xəbər verir ki, bu gecə hava xəbərdarlığının elanından sonra şəhərdə güclü partlayış səsləri eşidilib.

Hərbi müşahidəçi Oleksandr Kovalenkonun sözlərinə görə , zərbə işğal olunmuş Krım ərazisindən endirilib.

“Odesa Krımdan güclü ballistik atəşə məruz qalır. Sığınacaqlarda qalın”, – Kovalenko vurğulayıb.

UNİAN-ın verdiyi məlumata görə, martın 2-də Rusiya Odessada çoxmərtəbəli yaşayış binasına pilotsuz uçan aparatla hücum edib, 5-i uşaq olmaqla 12 nəfər həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk beş nəfərin öldüyünü təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image