Vətəninfo.az xəbər verir ki, Rusiya İran və Pakistandan “maksimum təmkin” nümayiş etdirmələrini və iki tərəf arasındakı problemləri diplomatik və siyasi vasitələrlə həll etmələrini istəyib.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Moskva İran və Pakistan arasında sərhəd bölgəsində gərginliyin artmasını narahatlıqla izləyir.
Rusiyanın XİN-in bəyanatında deyilir:
“Ölkələrin ərazisindən kənarda hər hansı antiterror tədbirləri iştirakçı ölkələr arasında koordinasiya əsasında həyata keçirilməlidir. Təəssüf ki, bu, iki dost_ölkə arasında baş verib”.


























