Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsində həyata keçirdiyi hava hücumunda 1 mülki vətəndaş ölüb, 5 mülki şəxs yaralanıb.
Vətəninfo.az xəbər verir ki, müxalifətə məxsus təyyarə rəsədxanasından alınan məlumata görə, yerli vaxtla saat 10.02-də Latakiyadakı Hmeymim hava bazasından ardıcıl olaraq 2 Rusiya döyüş təyyarəsi havaya qalxaraq İdlib şəhər mərkəzinin qərbindəki dülgər sexinə 4 hava zərbəsi endirib.
Mülki Müdafiədən (Ağ Dəbilqəlilər) alınan məlumata görə, hücum nəticəsində 1 mülki şəxs ölüb, 5 mülki şəxs yaralanıb.
Yaralılar ətrafdakı xəstəxanaya çatdırılıb.