image-1backend

Rusiya Xarkovu İran dronları ilə VURDU

image-reklam_sirab_01

Ukraynanın Xarkov vilayəti İran dronlarının hücumuna məruz qalıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Xarkov və qonşu Sumi bölgəsində hava bombardmanı xəbərdarlığı elan edilib.

Yerli əhali Xarkova hücum edən pilotsuz təyyarələrin uçuşu və partlayışları barədə danışıb. Xarkov meri İqor Terexov və vilayət rəhbəri Oleq Sinegubov öz teleqram kanallarında yazıblar ki, şəhərdə artıq 3 nəfər həlak olub.

İlkin məlumatlara görə, onlar yaşayış binalarının atəşə tutulmasının nəticələrini aradan qaldırmağa gələn xilasetmə xidmətinin əməkdaşlarıdır, Terekov yazır. Rusiya tərəfi hələlik hücumu təsdiqləməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki