image-1backend

Rusiya Zelenskinin doğulduğu binanı raket atəşinə tutdu

image-reklam_sirab_01

Rusiya Ukraynaya raket zərbəsi endirib. Vətəninfo.az xəbər verirt ki,Ukrayna Region parlamentinin rəhbəri Nikolay Lukaşuk bildirib ki, Rusiya ordusunun Krivoy Roq şəhərini atəşə tutması zamanı doqquz mərtəbəli binada partlayış baş verib.

Dnepropetrovsk vilayəti administrasiyasının məlumatına görə, hücum nəticəsində 3 nəfər ölüb, daha 7-si uşaq olmaqla 36 nəfər yaralanıb.

Ukrayna Krivoy Roqda hündürmərtəbəli binaya raket zərbəsi endirilməsi, nəticədə dinc əhalinin həlak olması və yaralanmasına cavab olaraq rus işğalçılarına itkilər verəcək.

Bu barədə RBK-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam çıxışına istinadən xəbər verir.
“Biz Rusiyaya cavab verəcəyik və tamamilə ədalətli şəkildə itkilər verəcəyik. Kremldə onlar öyrəşməlidirlər ki, terror onlar üçün cəzasız qalmaz”, – Zelenski vurğulayıb.

O, Rusiyanın itkilər verməyə davam edəcəyinə söz verib. Yalnız bu, qonşu ölkələrin təhlükəsizliyini təmin edə bilər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki