image-1backend

Rusiya zərbə endirdi :Vitse-kansler  bomba sığınacağında qaldı

image-reklam_sirab_01

Cümə gecəsi Almaniyanın İqtisadiyyat naziri və vitse-kansler Robert Habek Kiyevdəki otellərdən birinin bomba sığınacağına çevrilmiş yeraltı qarajına enməli olub. Vətəninfo.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Almaniya Nazirlər Kabinetinin nümayəndəsi və onun rəhbərlik etdiyi nümayəndə heyəti təxminən saat yarım hava hücumu xəbərdarlığını gözləyib, bundan sonra otaqlarına qayıdıblar. Əlavə təfərrüatlar verilmir.

Xabek cümə axşamından bəri Kiyevdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki