image-1backend

Rusiyanın daha bir Mi-8 helikopteri qəzaya uğradı

image-reklam_sirab_01

Rusiya Federasiyasının Maqadan vilayətində işçiləri daşıyan Mi-8 helikopteri məhv edilib. Hadisə nəticəsində 2 xəsarət alan var. Vətəninfo.az  xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə təcili xidmətdən məlumat verilib.

“Mi-8 helikopteri Maqadan vilayətindəki şaxtalardan birindən 20 işçi aparırdı. Qəzaya uğradı. İki nəfər həlak olub, digərlərinin taleyi məlum deyil”, – deyə fövqəladə hallar xidmətinin nümayəndələri bildiriblər.

Qəzanın əsas versiyaları arasında texniki nasazlıq və çətin hava şəraitində helikopteri idarə edərkən pilotun səhvi də nəzərdə tutulur.

Hadisə Severo-Evenski rayonunun Kvartsevaya təpəsində baş verib. Helikopter Evenskdən 75 km aralıda kobud eniş edib.

“İlkin məlumatlara görə, qəza yerində növbə işçilərinin təxliyyəsi zamanı çətin hava şəraiti yaranıb, texnikalar tab gətirə bilməyib, insan amili də nəzərdən keçirilir”, – deyə Fövqəladə Hallar Nazirliyindən aydınlıq gətirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki