image-1backend

Sabiq baş nazir təyyarədən QOVULDU

image-reklam_sirab_01

Finlandiya polisi xarici işlər naziri Marqus Tsahknunu müşayiət edən Estoniya işgüzar heyətinin tərkibində Yaponiyaya uçmalı olduğu iddia edilən Estoniyanın keçmiş baş naziri Taavi Riivası Helsinki hava limanında təyyarədən endirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə  Delfi xəbər  agentliyi məlumat yayıb.

Hadisə şənbə günü baş verib.

Postimees portalı hadisə şahidinə istinadən xəbər verir ki, bundan əvvəl Riivas ekipajla mübahisə edib. Onlar fin dilində mübahisə ediblər, lakin bir müddət sonra polis gəlib Riivası təyyarədən düşürüb.

Postimees nümayəndə heyəti ilə eyni vaxtda Helsinki hava limanında olan digər şəxslərlə də danışıb və onların sözlərinə görə, Riivas hava limanında artıq kifayət qədər sərxoş olub.

Riivas özü Delfinin şərhində bildirib ki, Tallinndən Helsinkiyə uçarkən təyyarə bələdçisi ilə uçuş zamanı işləmək üçün noutbukdan istifadə etdiyi üçün mübahisə edib.

“Görünür, ona görə Yaponiyaya getməyimə icazə vermədilər. Mən Finnair-ə dəyən ziyanın ödənilməsi tələbi ilə rəsmi şikayət təqdim etmişəm”, o əlavə edib.

Estoniyanın keçmiş baş naziri onun sərxoş vəziyyətdə olduğunu qəti şəkildə təkzib edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki