image-1backend

Tacikistan vətəndaşlarının Gürcüstana girişi qadağan edilib

image-reklam_sirab_01

Martın sonundan Tacikistan vətəndaşlarının Gürcüstana girişinə qadağa qoyulub. Vətəninfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun (Radio Ozodi) Tacikistan xidməti məlumat yayıb.

Tacikistan vətəndaşlarının Gürcüstan ərazisinə girişinin hansı səbəbdən qadağan edildiyi məlum deyil. İki ölkə arasında vizasız rejim mövcuddur. Tacikistan vətəndaşlarının Gürcüstana girişi qaydalarının dəyişdirilməsi ilə bağlı rəsmi mətbuatda məlumat verilməyib.

“Mən Gürcüstana sənədləri səfirliyə təqdim etmək üçün gəlmişəm. Bütün sənədlər paketini göstərdim, amma məni içəri buraxmadılar”, – videoda Tacikistan vətəndaşlarından biri deyir.

Videoda Gürcüstanın sərhəd mühafizə xidmətinin nümayəndəsi Tacikistan vətəndaşlarının sualına qısaca cavab verib: “Şərhsiz”.

Bu tendensiya cari ilin mart ayının sonundan müşahidə edilir, lakin Tacikistan hakimiyyəti hələ də vəziyyətə reaksiya verməyib.

Tacik jurnalisti Anuşervon Aripov bu il martın 26-da “Ozodi” radiosuna bildirib ki, o və bir neçə digər Tacikistan vətəndaşı Gürcüstan ərazisinə daxil ola bilməyib. “Ailəmin yanında idim – həyat yoldaşım və iki kiçik uşağım. Biz Gürcüstana turizm məqsədi ilə daxil olmağı planlaşdırırdıq, lakin “Daryal Beynəlxalq Avtomobil Yolu Keçid Məntəqəsində” keçməmizə icazə verilmədiyi üçün Vladiqafqaza qayıtmalı olduq. Həmin gün daha 8 Tacikistan vətəndaşının ölkəyə girişinə icazə verilməyib”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki