image-1backend

Terroçular məşhur kitabxananı qarət ediblər

image-reklam_sirab_01

Haitidəki silahlı dəstələr aprelin 3-də Milli Kitabxananı ələ keçirərək, ölkənin irsi üçün vacib olan tarixi sənədləri riskə atıblar. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə “France 24” nəşri məlumat yayıb.

Qeyd olunur ki, kitabxananın direktoru Danqelo Neard AFP-yə Haiti tarixinin təhlükə altında olduğunu deyib. O qeyd edib ki, qurumun kolleksiyasında 200 ildən çox yaşı olan və Haitinin irsi üçün vacib olan nadir sənədlər var. Onların quldurlar tərəfindən yandırıla və ya zədələnə biləcəyindən narahatdır.

Ötən həftə Haitidə iki universitet də hücuma məruz qalıb. UNESCO ölkənin paytaxtı Port-o-Prinsin təhsil müəssisələrinə edilən hücumları pisləyib.

Fəaliyyət göstərən hökumətin olmadığı bir şəraitdə silahlı dəstələr Haitinin paytaxtı və regionların bir hissəsi üzərində nəzarəti ələ keçiriblər. Dəstələrin polis bölmələrinə, həbsxanalara, hava limanına və limana hücum etdiyi fevral ayından bəri ölkədə zorakılıq hökm sürür. Mart ayında baş nazir Ariel Henri ölkədə keçid şurası yaratmaq üçün istefa verəcəyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki