image-1backend

Tesla Hindistanda zavod tikir

image-reklam_sirab_01

“The Indian Express” xəbər verir ki, Tesla şirkəti yaxın vaxtlarda Hindistana orada 2-3 milyard dəyərində elektrik avtomobil zavodu tikmək imkanlarını qiymətləndirmək üçün işçi qrupu göndərəcək. Vətəninfo.az xəbər verir ki, nəşrdə qeyd edilir ki, avtomobil sənayesi inkişaf etmiş regionlar Tesla üçün xüsusi maraq kəsb edir.

Bunlar: Maharaştra, Qucarat və Tamil Nadudur. Amerikalı ekspertlərdən ibarət işçi qrupu aprelin sonunda Hindistana gələcək.

Qeyd edək ki, İlon Maskın başçılıq etdiyi şirkət rəhbərliyi dəfələrlə bildirib ki, onun sürətlə inkişaf edən Hindistan avtomobil bazarına xüsusi marağı var, lakin onları məhdudlaşdıran bir çox problemin yerində aradan qaldırılması var. Onu da qeyd edək ki, Hindistan hökuməti bu ilin ilk üç ayında bəzi addımlar atıb və bu, avtomobil sənayesinə investisiyalarla bağlı problemləri yüngülləşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki