image-1backend

Tramp seçkidə  bu qadına məğlub oldu  

image-reklam_sirab_01

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri, Respublikaçılar Partiyası tərəfindən ABŞ prezident seçkilərində iştirak üçün keçmiş prezident Donald Trampla mübarizə aparan Nikki Heyli Vaşinqtonda (Kolumbiya rayonu) keçirilən ilkin seçkilərdə qalib gəlib. Bu barədə Vətəninfo.az Reuters-ə istinadən xəbər verir .

Heyli 65,9%, Tramp isə 33,2% səs toplayıb.

Nikki Heylinin təşviqat komandası onun ABŞ tarixində Respublikaçıların praymerizində qalib gələn ilk qadın olduğunu açıqlayıb.

Bu həm də onun 2024-cü il seçki kampaniyası zamanı keçmiş prezident üzərində ilk qələbəsidir. Tramp ABŞ paytaxtında uduzmazdan əvvəl indiyədək keçirilən səkkiz ilkin seçkinin hamısında qalib elan edilib.

Müxtəlif proqnozlara görə, Trampın ilkin seçkilərdə qalib gələcəyi və noyabrda keçiriləcək prezident seçkilərində hazırkı prezident Co Baydenlə rəqabət aparacağı ehtimal edilir.

Paytaxt Vaşinqtonda demokratların ilkin seçkiləri iyunda keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki