Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyənin ilk kosmonavtı Alper Gezeravcının da üzvü olduğu Ax-3 uçuşunun yanvarın 19-na qədər təxirə salındığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, nazir Mehmet Fatih Kacır rəsmi ”X” internet səhifəsində etdiyi paylaşımda Türkiyənin ilk insanlı kosmos missiyasının təxirə salındığını bildirdi.
“İlk astronavtımız Alper Gezeravcının kosmosa edəcəyi səyahət təxirə salınıb. Kosmik səyayət yanvarın 19-da Türkiyə vaxtı ilə saat 00.49-da baş tutacaq. Bu müddət ərzində texniki yoxlamaların tamamlanması planlaşdırılır. Kosmonavtımız Gezeravcının bu tarixi missiyanı uğurla yerinə yetirməsini həyəcanla gözləməyə davam edirik”,-deyə Mehmet Fatih Kacır qeyd edib.


























