image-reklam-veteninfo
image-1backend

TÜRKİYƏ ÜÇÜN TARİXİ GÜN – İlk dəfə bir türk kosmosa səfər edəcək (VİDEO)

image-reklam-veteninfo

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Ax-3” kosmik missiya komandası sabah kosmosa yollanacaq.

Vətəninfo.az xəbər verir ki, 4 nəfərdən ibarət “Axiom-3” heyəti səyahətdən əvvəl son məşqlərini də tamamlayıblar.

Səyahətin bu gecə Türkiyə vaxtı ilə saat 01:11-də reallaşması gözlənilir. Astronavtlar Beynəlxalq Kosmos Stansiyasına səfər edəcəklər.

Məlumata görə, astronavtların olacağı “Dragon” kapsulunu daşıyacaq “Falcon 9” raketi ABŞ-nin Florida ştatında yerləşən buraxılış meydançasından havaya qalxacaq.“AzPolitika.info”

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki