image-1backend

“Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”- Ərdoğan

image-reklam_sirab_01

“Türkiyə Ukraynada sülhün bərqərar olması üçün İstanbul danışıqlar masasını yenidən təsis etməyə hazırdır”.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə ünvanladığı videomüraciətində deyib.
Ərdoğan  Türkiyənin Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, müharibəni ədalətli şəkildə bitirmək üçün dialoq və diplomatiyaya yeni şans verilməlidir: “Bu məqsədə çatmaq üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə etmək böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır. Bu baxımdan biz Ukrayna prezidenti Volodimir Zelenskinin 10 bəndlik sülh planını prinsipcə dəstəkləyirik”.

“Biz həmçinin Türkiyə Ukraynada sülhün bərqərar olması üçün İstanbul danışıqlar masasını yenidən təsis etməyə hazırdır. Bu münasibətlə Cənub-Şərqi Avropa ölkələrinin əməkdaşlıq prosesi ilə ortaq coğrafiyamız olan Balkanlarda canlanan həmrəylik ruhunun yaxın coğrafiyamıza da yayılacağını ümid edirəm”, -deyə Ərdoğan qeyd edib.

Ərdoğan sammitin təşkilində əməyi olanları, xüsusilə də sammitə ev sahibliyi edən Albaniyanın Baş naziri Edi Ramanı ürəkdən təbrik edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki