Türkiyənin Adana şəhərində mikroavtobus aşıb.
Vətəninfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
Məlumata görə, avtomobil aşandan sonra yanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılardan 7-si uşaq olmaqla 18 nəfər ilk müdaxilədən sonra xəstəxanalara aparılıb.