Türkiyə 2023-cü ilin 11 ayında cəmi 52 milyon 742 min 526 turistə ev qəbul edib. Vətəninfo.az xəbər verir ki, turistlərin 46 milyon 725 min 424 nəfərini əcnəbi, 6 milyon 17 min 102 nəfərini isə xaricdə yaşayan türklər təşkil edib.
2023-cü ilin yanvar-noyabr aylarında Türkiyəyə gələn xarici turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,82 faiz artım olub.
11 ayda Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında əvvəlki ilin eyni dövrünə görə yüzdə 23,02 artımla Rusiya Federasiyası birinci, Almaniya ikinci, İngiltərə üçüncü sırada olub. Bundan başqa Bolqarıstan və İrandan da bu kifatə qədər turist Türkiyəyə gəlib.
Bu ilin noyabr ayında Türkiyəyə gələn xarici turistlərin sayı 2 milyon 525 min 345 olub.
Noyabrda ən çox turist Rusiyadan gəlib. Almaniya isə ikinci olub. Bolqarıstan üçüncü, İran dördüncü, Gürcüstan isə beşinci olub.