image-reklam-veteninfo
image-1backend

“Rusiyanı məğlub edə biləcək ordu yaratmaq mümkün deyil”- Duqlas Makqreqor

image-reklam-veteninfo

Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Rusiyanı məğlub etmək ideyasını uğursuzluq adlandırıb.

Vətəninfo.az xəbər verir ki, amerikalı polkovnikin fikrincə, Rusiyanı məğlub edə biləcək ordu yaratmaq mümkün deyil.

“Bu absurddur. Bunun heç vaxt uğur şansı olmayacaq”, – deyə Makqreqor paylaşıb.

O əlavə edib ki, Rusiya Federasiyasına qarşı qələbənin tərəfdarları bunu heç vaxt etiraf etməyəcəklər.

Bundan əvvəl Makqreqor bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri kompensasiya etməyə vaxtı yoxdur, çünki bir çox ukraynalı hərbi xidmətdən yayınır.

Onun sözlərinə görə, milyonlarla Ukrayna vətəndaşı ölkəni tərk edib, digərləri isə yoxsulluq və ümidsizlik içində yaşayır.

Makqreqor Ukraynanın bir dövlət olaraq sona çatdığını da bildirib. O qeyd edib ki, münaqişənin inkişafı Ukrayna üçün son dərəcə mənfi nəticələrə gətirib çıxarıb: milyonlarla vətəndaş ölkəni tərk edib, doğum səviyyəsi kəskin azalıb, silahlı qüvvələr böyük itkilər verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki