image-1backend

“YA HAMISI ÖLƏCƏKLƏR, YA DA…” – Medvedev ukraynalılara nifrət püskürdü

image-reklam_sirab_01

Rusiya rəhbərliyi getdikcə nəinki beynəlxalq hüquqa, adi bəşəri, insani dəyərlərə belə məhəl qoymadığını açıq-aşkar büruzə verir.

Rusiyanın sabiq prezidenti, hazırda isə Təhlükəsizlik Şurası katibinin müavini olan Dmitri Medvedev öz “Teleqram” kanalında növbəti sərsəm açıqlamalar verib, Ukraynanın dövlət olaraq işğal və məhv edilməli olduğunu bəyan edib: “Ukraynanın mövcudluğu ukraynalılar üçün ölümcül dərəcədə təhlükəlidir. Mən təkcə indiki vəziyyəti, Bandera siyasi rejimini nəzərdə tutmuram. Mən istənilən, tamamilə hər hansı bir Ukraynadan danışıram. Tarixi Rusiya ərazilərində müstəqil dövlətin olması hərbi əməliyyatların yenidən başlanması üçün daimi səbəb olacaq… Üstəlik, Qərbin marionet Kiyev rejimi ilə hansı təhlükəsizlik sənədləri imzalamasından asılı olmayaraq, yeni münaqişənin 100% başlaması ehtimalı var. Buna nə Ukraynanın Aİ ilə assosiasiyası, nə də bu süni ölkənin NATO-ya daxil olması mane olmayacaq. Bu, on və ya əlli ildən sonra da baş verə bilər. Ona görə də Ukraynanın varlığı ukraynalılar üçün ölümcüldür…”
Ətraflı

Ardınca Medvedev ukraynalılara olan qatı nifrətini bəyan edib və onların ya Rusiyanın əsarətində yaşayacaqlarını, ya da məhv ediləcəklərini bildirib: “İndi (ukraynalılar-red.) rusların ölməsini necə arzulasalar da, Rusiya rəhbərliyinə nə qədər nifrət etsələr də, mifik Avropa İttifaqı və NATO-ya daxil olmaq üçün nə qədər can atsalar da, əbədi müharibə ilə qaçılmaz ölüm və həyat arasında seçim edərkən, ukraynalıların böyük əksəriyyəti sonda həyatı seçəcək. Onlar anlayacaqlar ki, indi o qədər də sevmədikləri böyük bir ümumi dövlətdə yaşamaq ölümdən – onların özlərinin və yaxınlarının ölümlərindən daha yaxşıdır. Ukraynalılar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”.

Bəli, bütün bunları deyən Rusiya hakimiyyətində ən ali vəzifələrdən birini tutur və bu ölkənin prezidenti olub…azpolitika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki