image-1backend

Yaponiyada güclü zəlzələ olub

image-reklam_sirab_01

Sakit Okeanda, Honsyu adasının şimal-şərq sahilləri yaxınlığında 6 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur. Vətəninfo.az xəbər verir ki,  bu barədə ölkənin Milli Meteorologiya Departamenti məlumat yayıb.

Zəlzələnin episentri Fukusima prefekturasında yerləşib. Zəlzələnin episentri okeanın dibindən 40 km aşağıda olub.

Miyaqi prefekturasında bağlanmış Onaqava AES-də və eyniadlı prefekturadakı qəzalı Fukusima-1 AES-də fövqəladə vəziyyət qeydə alınmayıb. Zəlzələ ilə əlaqədar bəzi sürətli yollarda qəza dayandırma sistemi işə salınıb. Təhlükəsizlik sistemləri yoxlanıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki