Yəmən husiləri də İranın İsrailə hücumuna qoşulub və İsrail ərazisinə yüzlərlə pilotsuz təyyarə göndəriblər. Vətəninfo.az xəbər verir ki, “Times of Israel” dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniyanın “Ambrey” şirkətinə istinadən yazır.
Şirkətin məlumatına görə, husilər İranla koordinasiyalı şəkildə hərəkət ediblər. Ambrey İsrail limanlarını Yəmən hərəkatının mümkün hədəfləri hesab edir və gəmiçilik üçün təhlükə barədə xəbərdarlıq edir.
Bundan əlavə, İsrailin şimalı Livandan buraxılan pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
İsrail Müdafiə Qüvvələri Husilərin dəstəklədiyi Tehran və Hizbullahın mövqelərinə cavab zərbəsi endirib.


























