image-1backend

Yunanıstanın baş naziri: “Biz  Ermənistanın Qərbə yaxınlaşmasına kömək edəcəyik” 

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Afinaya səfər edən erməni həmkarı Nikol Paşinyanla görüşündə deyib ki, Yunanıstan Ermənistanı Qərbə yaxınlaşdırmaq və keçmiş Sovet İttifaqı ölkəsini digər ölkələrlə ittifaqa salmaq üçün kömək edir.
Məlumata görə, Yunanıstanın baş naziri bildirib ki, Rusiya ilə sıx ticarət və hərbi əlaqələri olan Ermənistan son illərdə bir neçə dəfə Azərbaycanla münaqişələr yaşayıb.
“Biz Ermənistanın Qərbə istiqamətlənməsini tam dəstəkləyirik. Təbiidir ki, ölkəmiz NATO və Avropa Birliyinin üzvü kimi bu yeni liberal demokratiyanın qurulması üçün bilik və təcrübənin ötürülməsi sahəsində yardım göstərnəyə hazırdır”, – deyə, Kiriakos Mitsotakis əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki