image-1backend

Zukerberq dünyanın ən zəngin adamları siyahısında Maskı geridə qoyub

image-reklam_sirab_01

Meta şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberq 2020-ci ildə dünyanın ən varlı adamları siyahısında üçüncü yerə yüksəlib. o vaxtdan bəri ilk dəfə Tesla-nın qurucusu və CEO-su İlon Maskdan daha yüksək mövqe tutur. Vətəninfo.az xəbər verir ki,  bunu “Bloomberg”in milyarderlər reytinqi sübut edir.

Zukerberqin sərvəti ilin əvvəlindən 58,9 milyard dollar artaraq 187 milyard dollara çatıb, Mask isə 48,4 milyard dollar itirib və hazırda 181 milyard dollara sahibdir.

Maska məxsus Tesla-nın səhmləri 2024-cü ildə elektrik avtomobil tədarükünün azaldılması ilə bağlı xəbərlər və büdcəli elektrik avtomobilinin buraxılması planlarından əl çəkdiyinə dair şayiələr fonunda üçdə bir azalıb. Eyni zamanda, güclü rüblük hesabatlar və süni intellekt texnologiyalarına yüksək gözləntilər sayəsində Meta-nın qiyməti kəskin şəkildə bir yarım dəfə artıb.

Milyarderlər reytinqində lider 223 milyard dollar sərvəti ilə LVMH-nin rəhbəri fransız Bernard Arnaultdur. İkinci yerdə Amazonun qurucusu və keçmiş rəhbəri Ceff Bezos qərarlaşıb. onun sərvəti 207 milyard dollar qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki