image-reklam-veteninfo
image-658c06b3120e1backend

“2024-cü ildə Türkiyədə təbii qaz mərkəzi yaradılacaq” – Novak

image-reklam-veteninfo

Rusiya baş nazirinin müavini Aleksandr Novak 2024-cü ildə Türkiyədə təbii qaz mərkəzinin yaradılmasını gözlədiklərini bildirib.

Vətəninfo.az xəbər verir ki, A.Novak Rusiyanın “Rossiya 24” dövlət kanalına müsahibəsində enerji sektorunda baş verən proseslərlə bağlı deyib: “Avropadakı hadisələr enerji sektoruna da təsir göstərib.

2021-ci ildən bəri Avropada təbii qaz istehlakı 100 milyard kubmetrdən çox azalıb. İstehsalın 2021-ci ildəki 609 milyard kubmetrdən yeni ildə 490 milyard kubmetrə qədər azalacağı gözlənilir.

Rusiya enerji sektorunun stabil işləməyə davam edir və büdcəyə töhfə verir. Maliyyə nazirliyimizin hesablamalarına görə, 2024-cü ildə neft və təbii qaz gəlirləri təxminən 9 trilyon rubl, yəni təxminən 98 milyard dollar olacaq ki, bu da 2021-ci il səviyyəsinə yaxındır”.

Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı da danışan Rusiya baş nazirinin müavini Novak bunları söyləyib: “Tərəfdaşlarımızla uyğun yol xəritəsi hazırlamaq barədə razılığa gəldik ki, bu yaxınlarda təsdiqlənəcək. Biz sözügedən yol xəritəsi çərçivəsində layihənin icrasına başlayacağıq. Türkiyəli tərəfdaşlarımız təcrübələrimizlə tanış olmaq üçün yaxın vaxtlarda Sankt-Peterburqa səfər edəcəklər. Bunun Türkiyədə elektron platforma və mərkəzin yaradılmasında faydalı olacağına əminəm. Layihənin 2024-cü ildə başlayacağına ümid edirik”.

ABŞ-ın sanksiya siyahısına daxil edilən Rusiyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) layihələrindən biri olan “Arctic LNG 2” isə 2024-cü ilin ilk rübündə başlayacaq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki