image-1backend

Abdullahiyan: “Ermənistan rəsmiləri ilə Cənubi Qafqazda gedən son prosesləri müzakirə etdik”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir-Abdullahiyan “X” hesabında yazıb:
“Ermənistana səfərim zamanı bu ölkənin baş naziri cənab Nikol Paşinyan, xarici işlər naziri cənab Ararat Mirzoyan və təhlükəsizlik şurasının katibi cənab Qriqoryanla görüşdüm. Danışıqlarda biz Cənubi Qafqazda gedən son prosesləri, regionda davamlı sülhə nail olmağın yollarını və ikitərəfli münasibətlərin gedişatını müzakirə etdik.
Bununla əlaqədar, ötən gecə Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqları əsnasında “3+3” regional mexanizmi çərçivəsində mübahisələrin həllinin son vəziyyətini nəzərdən keçirdik.
Hesab edirik ki, Qafqazda sülh, sabitlik, əmin-amanlıq və inkişaf region ölkələrinin və qonşularının iştirakı ilə mümkün olacaq. Habelə İranla Avrasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi Tehran və İrəvan arasında işgüzar əlaqələrin inkişafı üçün aydın üfüqlər müəyyən edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki