image-1backend

ABŞ Ali Məhkəməsi Trampı DƏSTƏKLƏDİ

image-reklam_sirab_01

Martın 4-də ABŞ Ali Məhkəməsi qərar verib ki, Kolorado və ayrı-ayrı ştatlar ölkənin keçmiş prezidenti Donald Trampa praymerizdə iştirakını qadağan edə bilməz. Bu barədə Vətəninfo.az  CNN- ə istinadən xəbər verir . Məhkəmə konstitusiyaya 14-cü düzəlişə əsasən, Trampın iğtişaşlarda iştirak etdiyi üçün seçkidə iştirak edə bilməyəcəyi fikrini yekdilliklə rədd edib. Məhkəmənin qərarına görə, belə bir müddəanı ştatlar deyil, Konqres icra edə bilər. Kolorado Trampın 2021-ci il yanvarın 6-da Kapitoliyada baş vermiş iğtişaşda roluna görə Respublikaçıların praymerizində iştirakını qadağan edib. Koloradodan başqa, Men və İllinoys ştatları da Trampı praymerizdə iştirak etmək hüququndan məhrum edib. bu partiyadan kimin prezident seçkilərində namizəd olacağını müəyyən edən praymerizin nəticələridir. 6 yanvar 2021-ci ildə Tramp tərəfdarları Konqresdə Demokrat Joe Biden-in 2020-ci il prezident seçkilərində qələbəsini ratifikasiya etməsinə mane olmaq üçün polisə hücum edərək Kapitoli binasına basqın etdilər. Bu hadisələrdən əvvəl Tramp tərəfdarlarına müraciət edərək Kapitoliyə gedib döyüşməyi tövsiyə etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki