image-1backend

ABŞ-da güclü partlayış: 3 nəfər öldü

image-reklam_sirab_01

Ohayo ştatının Hillsboro şəhərində avtomobil təmiri sexində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəstəxanaya yerləşdirilib. Vətəninfo.az-ın “RİA Novosti” yə istinadən verdiyi məlumata görə , bu barədə ştat hökuməti məlumat yayıb.

Qeyd olunur ki, partlayış yerli vaxtla axşam saat dörddə baş verib. Yaxınlıqdakı içki mağazasında işləyən bir şahid, partlayışın “zəlzələ” kimi hiss edildiyini söylədi.

Hadisə ilə bağlı araşdırma aparılır, partlayışın səbəbi hələlik müəyyən edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki