image-1backend

ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

Vətəninfo.az xəbər verir ki, ABŞ Federal Aviasiya İdarəsi ”Mooney M20” tipli təyyarənin Air Park-Dallas hava limanına enməzdən əvvəl qəzaya uğradığını açıqlayıb.

Dallasın Plano rayonundakı ticarət mərkəzinin qarşısında qəzaya uğrayan təyyarə ətrafdakı bəzi mağazalara ziyan vurub, park edilmiş bir avtomobil də yanıb.

Polis rəsmiləri bildiriblər ki, təyyarənin pilotu ölüb.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki