image-1backend

ABŞ Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülhün tərəfdarıdır- James O’Brien

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülhün tərəfdarıdır. Vətəninfo.az-ın məlumatına görə , bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen məlumat verib.

“Biz sülh sazişini, Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülhü dəstəkləyirik. Onların tam ikitərəfli gündəliyə malik olmağa davam etmələri və aralarında mövcud olan məsələləri həll etmələri bizi çox ruhlandırır. Hələ görüləsi işlər var və biz hər cür dəstək verməyə hazırıq. Bizim hər iki ölkə ilə iqtisadi, təhlükəsizlik və siyasi əlaqələri əhatə edən tam əlaqələrimiz var. Biz istəyirik ki, hər iki ölkə sülh sazişindən faydalansın və biz bunun üçün ən məqbul olan yolla çalışacağıq. Düşünürəm ki, bu, hər iki hökumətin öz xalqı üçün daha çox işlər görməsi üçün daha bir əla fürsətdir”, – O’Brayen bildirib.

O əlavə edib ki, Ermənistanda islahatlar gündəliyi çox təsir edicidir.

O`Brayen Azərbaycan haqqında danışarkən əvvəlcə bu ölkədə keçiriləcək prezident seçkilərini xatırladıb, sonra Azərbaycanın regionun iqtisadi inkişafında oynamaq istədiyi roldan danışa biləcəyini deyib. ABŞ dövlət katibinin köməkçisi vurğulayıb ki, sülh sazişi bu planların həyata keçirilməsinə töhfə verəcək.

“İndi biz istərdik ki, hər iki ölkə ilə gündəmdəki bütün məsələləri müzakirə edək, bəzi şəxslərin həbsi ilə bağlı narahatlığımızdan tutmuş, ikitərəfli məsələlərə qədər. İrəli getsək, tam gündəliyimiz olacaq. Lakin bütün bunlar iki ölkə arasında möhkəm və ləyaqətli sülhün bərqərar olmasına dəstək fonunda baş verir”, – deyə Ceyms O’Brayen bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki