İraqın qərbindəki Ənbar vilayətində yerləşən Ayn-əl-Əsəd hərbi bazasına hücum edilib. Baza ərazisində partlayışlar olub. Vətəninfo.az xəbər verir ki, baza raket hücumuna məruz qalıb.
Qeyd edək ki, dünən “İraqın İslam Müqaviməti” hərəkatına dəstək verən şiə müsəlman silahlı qruplaşmalar Ərbil hava limanında yerləşən Amerika bazasını pilotsuz təyyarə ilə atəşə tutub. Həmin hücum nəticəsində 3 amerikalı əsgər yaralanıb.


























