image-1backend

ABŞ-ın sərsəm iddiası: Türkiyə HƏMAS-a yardım edir

image-reklam_sirab_01

Vətəninfo.az Amerikanın Səsinə istinadən  xəbər verir ki, ABŞ HƏMAS-ın Türkiyədən maliyyə yardımı alması ehtimalından narahatdır.

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəyə nəzarət edən ABŞ Maliyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi bildirib ki, o, Türkiyə rəsmiləri ilə HƏMAS-ın Türkiyədən maliyyə vəsaiti əldə etməsi, ehtimal ki, bu ölkənin qanunlarını pozması ilə bağlı ABŞ-ın dərin narahatlığını müzakirə edib.

ABŞ Xəzinədarlıq Departamentinin Terror və Maliyyə Kəşfiyyatı üzrə Müşaviri Brayan Nelson iddia edərək bildirib ki, Türkiyə Həmas üçün mühüm maliyyə mənbəyidir və bu qrupun rəhbərliyinin İsraillə davam edən müharibəsi fonunda pul axınını artırmağa ehtiyacı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki