Suriyanın şərqində iranpərəst Zenyəbiyyun qruplaşmasının avtomobili dron hücumuna məruz qalıb .
Vətəninfo.az xəbər verir ki, Suriyanın “Şam” Telegram kanalının məlumatına görə, hücum ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri tərəfindən həyata keçirilib. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Zeynəbiyyun qruplaşması Suriyada yerləşən SEPAH-ın başçılıq etdiyi pakistanlı yaraqlılardan ibarət qruplaşmadır.


























