image-1backend

ABŞ Qırmızı dənizdə Amerika minaaxtaran gəmisinə atılan raketi vurub

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkələrdə bildirib ki, ABŞ qırıcısı Husilərin nəzarətində olan Yəməndən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus mina gəmisinə qarşı atılan gəmi əleyhinə qanadlı raketi vurub.

“Yanvarın 14-də, təxminən saat 16:45-də (Sənə vaxtı ilə) Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizin cənubunda fəaliyyət göstərən Laboon (DDG58) eskadrilya minaaxtaran gəmisinə qarşı gəmi əleyhinə qanadlı raket atıblar. Raket Xodeyda sahilləri yaxınlığında vurulub”, – məlumatda deyilir.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Ötən cümə günü ABŞ və Böyük Britaniya Yəmən husilərinin gəmilərə davam edən hücumlarına cavab olaraq onlara məxsus hərbi obyektlərə hava zərbələri endirib. ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı Yəməndə husilərin 16 hədəfinə 60-dan çox zərbə endirdiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki