Birləşmiş Ştatlar şənbə günü adanın seçkilərindən sonra Tayvana qeyri-rəsmi nümayəndə heyəti göndərəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Amerika mətbuatı ABŞ prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Tayvanla qeyri-rəsmi münasibətlərimizi nəzərə alaraq, biz tez-tez yüksək səviyyəli keçmiş hökumət rəsmilərindən ibarət qeyri-rəsmi nümayəndə heyətlərini Taypeyə göndəririk”, – bildirilib.
Onun sözlərinə görə, hazırkı nümayəndə heyətinə ABŞ-ın keçmiş yüksək rütbəli məmurları da daxil olacaq. Lakin o, kimlərin olduğunu dəqiqləşdirməyib.
Administrasiya nümayəndəsi qeyd edib ki, Çinin nümayəndə heyətinə necə cavab verəcəyi bəlli deyil.
“Hazırda nə baş verəcəyini və ya Çinin reaksiyasının nə olacağını proqnozlaşdırmırıq. Heç kimə sirr deyil ki, Pekinin seçkilərin nəticələri ilə bağlı öz fikirləri var”, – deyə rəsmi bildirib.
Buna baxmayaraq, onun sözlərinə görə, Ağ Ev Tayvanın demokratik proseslərinə “tam inamını” saxlayır.


























