image-meral-aksenerbackend

Akşener İYİ Partiyadan istefa verə bilər-BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ GÖZLƏDİYİ NƏTİCƏ OLMAZSA

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, qardaş Türkiyənin millətçi müxalif siyasi partiyalarından İYİ Parti sədri  Meral Akşenerin  14 Mayda  keçiriləcək bələdiyyə seçkilərində, partiyanın mövcud  səslərinin artmayacağı təqdirdə partiyadan gecəcəyi ilə bağlı məlumat yayılıb.

Yayılan xəbərlə bağlı İYİ Partinin mətbuat xidməti məlumat yaymaq məcburiyyətində qalıb. Partiyadan yayılan açıqlamada qeyd edilir ki, bəzi xəbər saytları, 8 yanvar tarixli Ümumi İdarə Heyətimiz iclasında sədrimiz Meral Akşenerin “14 Mayda  mövcud səsimizdən az səs əldə edəcəyimiz təqdirdə  mən gedəcəm” dediyini iddia edir. Bu iddia əsassızdır. Sədrimiz heç vaxt belə bir açıqlama verməyib. Lakin seçkilərə görə məsuliyyətin ona aid olmasını isə hər bir platformada ifadə edib. Onun məsuliyyətlə bağlı aşıqlaması isə  müxtəlif vilayətlərdə partiyamıza qarşı yeni bir manipulyasiya vasitəsi kimi istifadə edilir. Xatırlatmaq istərdik ki, bu iddialara qarşı həssas olmalısınız.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki