image-1backend

“Al Mayadeen” telekanalı:”İsrail atəşkəsə riayət etmədi”

image-reklam_sirab_01

Qəzza zolağında atəşkəs pozulub. Vətəninfo.az xəbər verir ki, bu barədə Ərəbcə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, İsrail Fələstinin Rəfah şəhərinin şərqindəki hədəfləri atəşə tutur.

“İsrail Rafah şəhərinin şərqinə davamlı olaraq güclü atəş açır”, – Al Mayadeen Rafah mətbuat xidmətindəki mənbəyə istinadən xəbər verir.

Maraqlıdır ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəsin başlamasından bir saatdan az vaxt keçib.
Lakin İsrail Müdafiə Qüvvələri onlara aid edilən hücumu təsdiqləməyib.

Xatırladaq ki, bu gün səhər tezdən Qəzza zolağında atəşkəs elan edilib. Onun çərçivəsində tərəflər girovların dəyişdirilməsi barədə razılığa gəliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki