image-01backend

Ankara Putinin səfərinə hazırlaşır

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin konkret tarixləri hələlik məlum deyil, lakin ona hazırlıq gedir.

Vətəninfo.az xəbər verir ki, “RİA Novosti” bu barədə Türkiyə prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Xeyr, hələ ki, konkret tarix məlum deyil. Amma cənab prezidentin tapşırığı ilə müvafiq şöbələrdə hazırlıq gedir, hesabatlar və rəhbərlər arasında danışıqlar üçün təkliflər təqdim olunacaq”, – agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putini martın 31-də keçiriləcək yerli seçkilərdən sonra qəbul edəcəyini gözlədiyini bildirmişdi. “RİA Novosti”nin Türkiyə prezident administrasiyasındakı mənbəsi daha əvvəl bildirmişdi ki, Rusiya liderinin səfəri şərti olaraq aprelin ortaları – mayın əvvəllərində baş tuta bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki