Vətəninfo.az xəbər verir ki, Amerikanın “Associated Press” xəbər ajansı ABŞ-ın federal agentliklərinə istinadən xəbər verib ki, İrana bağlı hakerlərin təsiri Amerikanın bir neçə ştatını əhatə edib.
Məlumata görə, ən son Pensilvaniyanın qərbində İsrail istehsalı olan sənaye cihazı bu hakerlərin hədəfi olub.
Qeyd edək ki, kiberhücum zamanı hakerlər İsrail istehsalı olan bütün avadanlıqların qanuni hədəf olduğu mesajını da göndəriblər.