image-1backend

“Başverənləri işıqlandıran jurnalistlərin hədəf alınması qəbul edilməzdir”- Altun

image-reklam_sirab_01

Başverənləri işıqlandıran jurnalistlərin hədəf alınması qəbul edilməzdir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

“Günlərdir beynəlxalq hüquqa məhəl qoymayan və Qəzzada baş verənləri dünyaya çatdıran jurnalistləri qətlə yetirən İsrail qeyri-qanuni üsullardan istifadə etməyə davam edir. İsrail günahsız Fələstin xalqına, jurnalistlərə, tibb işçilərinə və yardım işçilərinə qarşı hücumlarını dərhal dayandırmalı və beynəlxalq hüquqa əməl etməlidir.

Girov mübadiləsini işıqlandıran jurnalistləri hədəfə alan, onlara rezin güllələrlə atəş açan, qaz və tüstü bombaları atdığına görə İsrail administrasiyasını qınayırıq” deyə F.Altun qeyd edib.

F.Altun bildirib ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi hücuma məruz qalan jurnalistlərin vəziyyətini yaxından izləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki