image-1backend

Bayden növbəti dəfə Putinə qarşı təhqiramiz açıqlama verib

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini “cəllad” adlandırıb. Bu, ABŞ prezidentinin rusiyalı tərəfdaşı haqqında ilk dəfə deyil ki, sərt danışır. daha əvvəl Bayden Putini “diktator” və “müharibə cinayətkarı” adlandırmışdı.

Vətəninfo.az-ın məlumatına görə , Bayden seçkiqabağı kampaniya çərçivəsində səfər etdiyi Şimali Karolinada Putini xatırladıb. O, milyarderlər üçün vergilərin artırılması imkanlarını müzakirə edərək, ölkənin imkanlı vətəndaşlarının gəlir vergisinin 8,2 faizdən 25 faizə qaldırılması təşəbbüsündən danışıb.

Baydenin sözlərinə görə, bu, qarşıdakı 10 il ərzində yüz milyardlarla dolların yığılmasına səbəb olacaq.

“Təsəvvür edin, bununla nə edə bilərik. Biz federal büdcənin kəsirini əhəmiyyətli dərəcədə azalda bilərik. Evdə qulluq göstərə bilərik. Biz çox vacib işlər görə bilərik, o cümlədən, nəhayət, Ukraynanı həmin cəllad Putindən qorumaq”, – Bayden Ağ Evin mətbuat xidmətindən sitat gətirib.

Bundan əvvəl Bayden 2022-ci ildə Polşa və Ukrayna sərhədindəki qaçqın düşərgəsinə baş çəkərkən rusiyalı həmkarını da “cəllad” adlandırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki