image-1backend

Bayden Trampı respublikaçıların aşkar favoriti adlandırıb

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampı prezident seçkilərində Respublikaçılar Partiyasının Ayova ştatında keçirilən yarışda liderlik edən aşkar favoriti adlandırıb. Bu barədə Vətəninfo.az  Baydenin X sosial platformasındakı paylaşımına istinadən xəbər verir.

“Deyəsən Donald Tramp Ayova ştatında qalib gəlib. Bu mərhələdə o, qarşı tərəfin aşkar favoritidir”, – Bayden yazıb.

ABŞ prezidenti əlavə edib ki, bu seçkilərdə “hər zaman ifrat respublikaçılara qarşı mən və siz olacaqsınız”.

Vətəninfo.az daha əvvəl xəbər verdiyi kimi , ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayova ştatında Respublikaçılar Partiyasının praymerizində liderdir. Səslərin 95%-i hesablandıqdan sonra respublikaçıların 51%-i prezident seçkilərində Trampın namizədliyinə, 21%-i Florida ştatının qubernatoru Ron DeSantisə, 19%-i isə ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyliyə səs verib.

ABŞ-da qarşıdan gələn prezident seçkiləri 2024-cü ilin  noyabrda keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki