image-reklam-veteninfo
image-1backend

Birləşmiş Millətlər Təşkilatı öz qoşunlarını bu ölkədən çıxardı

image-reklam-veteninfo

Birləşmiş Millətlər Təşkilatının Malidəki Çoxölçülü İnteqrasiya edilmiş Sabitləşdirmə Missiyası (MINUSMA) qüvvələrini Timbuktu bölgəsindəki bazadan çıxarıb. Vətəninfo.az xəbər verir ki, bu barədə  Malinin dövlət televiziya və radio stansiyası məlumat yayıb.

Qeyd olunur ki, BMT qüvvələrinin yerləşdirmə bazasının Maliyə rəsmən təhvil verilməsi mərasimi baş tutub və bu mərasimdə BMT missiyasının rəhbəri onların keçmiş bazasının “açarlarını” Malinin Timbuktu bölgəsinin qubernatoruna təhvil verib. bundan sonra BMT bayrağı da endirildi.

Qeyd edək ki, iyunun 30-da Malinin tələbi ilə BMT Təhlükəsizlik Şurası həmin ölkədə sülhməramlı missiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. BMT bölmələrinin çıxarılması prosesi nəhayət, bu il dekabrın 31-dək başa çatmalıdır.

BMT-nin sülhməramlı missiyası 2013-cü ildən Malidə olub. Ona ölkədə təhlükəsizliyin gücləndirilməsində Mali hakimiyyətinə dəstək vermək tapşırılıb. 2023-cü ilin yayında isə Mali hökuməti BMT missiyasının öz missiyasını yerinə yetirə bilmədiyini və ölkəni tərk etməli olduğunu elan etdi. Həmin an missiyaya daxil olan hərbçilərin sayı 15 minə çatıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki