image-1backend

“Bizim Ermənistanla birgə hərbi təlimlər keçirmək planımız yoxdur” – Peter Stano

image-reklam_sirab_01

Aİ-nin baş sözçüsü Peter Stano Avropa İttifaqının hərbi ittifaq olmadığını bildirib və əlavə edib: “Bizim Ermənistanla birgə hərbi təlimlər keçirmək planımız yoxdur”.

Vətəninfo.az xəbər verir ki, oqeyd edib: “Ermənistanla birgə hərbi təlim keçirmək planı yoxdur, çünki Aİ hərbi ittifaq deyil, siyasi və iqtisadi dəyərlərə əsaslanan strukturdur. Avropa İttifaqı da üzv dövlətlərin ərazisində erməni hərbçilərinə təlim keçməyi planlaşdırmır.

“Avropa Sülh” strukturu vasitəsilə Ermənistan ordusuna qeyri-silahlı dəstəyin göstərilməsinin mümkünlüyünə toxunan Stano bununla bağlı hələlik konkret qərarın verilmədiyini bildirib.

Bundan əvvəl Aİ-nin xarici diplomatiya rəhbəri Xosep Borel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə İrəvanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqdan danışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki