image-1backend

BMT: ”Ukraynada müharibə başlayandan bəri on min dinc sakin ölüb”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana 10 min dinc sakinin həlak olduğunu, 18 min 500 nəfərin isə yaralandığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bunu BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença BMT Təhlükəsizlik Şurasında keçirilən sessiyadakı çıxışında bildirib.

Rusiyanın Ukraynaya etdiyi hücumun BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğunu deyən Miroslav Yença qurbanlar arasında yüzlərlə uşağın olduğuna diqqət çəkib.

Miroslav Yença münaqişənin Qara dəniz regionuna yayılma riskinin hələ də çox yüksək olduğunu qeyd edib.
Rusiyanın nəzarətində olan Ukrayna ərazisində beynəlxalq hüququn pozulmasından BMT-nin də narahat olduğunu bildirən Yença, bölgədəki Rusiya hakimiyyət orqanlarının seçkilər keçirdiyini, Rusiya hakimlərini təyin etdiyini və Rusiya qanunlarını tətbiq etməyə başladığını bəyan edib.

“Şəxsiyyət vəsiqələri və qurumların zorla dəyişdirilməsinə yönəlmiş təcrübələr qəbuledilməzdir”, – Miroslav Yença bildirib.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki