BRİKS rəqəmsal valyutalar əsasında müstəqil ödəniş sistemi yaratmağa çalışacaq. Vətəninfo.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Biz inanırıq ki, gələcək üçün mühüm məqsəd BRİKS çərçivəsində rəqəmsal valyutalar və blokçeyn kimi qabaqcıl texnologiyalara əsaslanacaq müstəqil hesablaşma ödəniş sisteminin yaradılmasıdır.
Uşakov əlavə edib ki, bu sistemin əsas tələbi onun dövlətlər, əhali və biznes üçün rahatlığı olacaq. Bu, bahalı olmamalıdır və siyasətdən kənarda inkişaf etməlidir.
Onun sözlərinə görə, BRİKS-ə qoşulmaq üçün yeni müraciətlər daxil olur, lakin genişlənmənin “ikinci dalğası” barədə danışmaq hələ tezdir.
Bundan əvvəl Uşakov bildirib ki, çoxqütblülüyün dəstəklənməsi BRICS namizədləri üçün danılmaz şərt olacaq.
Əvvəllər BRİKS genişlənərək 11 ölkəni əhatə edirdi.


























