image-img_20240306_092549backend

Britaniya: “ İran Rusiyaya ballistik raketlər verib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Britaniyanın müdafiə naziri Qrant Şepps “The House” siyasi jurnalına müsahibəsində İranın Rusiyaya raketlər göndərdiyini açıqlayıb.

“Mən detalları açıqlaya bilmirəm. Ancaq istər ballistik raket olsun, istərsə də “Şahid” dronları olsun, biz görmüşük ki, dünyada baş verən hər bir münaqişədə İran təxribat xarakterli hərəkətlərə əl atır. Onlar yalnız öz bölgələrində deyil, habelə Avropada da mənfi təsir buraxırlar”, – deyə, Şapps əlavə edib.

Məlumata görə, o, İranın Ukrayna ilə müharibədə istifadə etmək üçün Rusiyaya ballistik raketlər verməsi haqqında məlumatı dolayısı ilə təsdiqləyib.

Qeyd edək ki, fevralın 1-də 6 mənbə, o cümlədən 3 İran mənbəsi “Reuters”ə bildirib ki, İran hökuməti 400 ədəd “yer-yer” tipli ballistik raketi Rusiyaya göndərib. Fevralın 24-də isə İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani bunu inkar edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki