image-1backend

Bu ölkədə Yeni il şənlikləri qadağan edildi

image-reklam_sirab_01

Vətəninfo.az Geo telekanalına istinadən xəbər verir ki, Pakistanın baş naziri vəzifəsini icra edən Ənvər-ül-Haq Kakar Fələstinlə həmrəylik əlaməti olaraq ölkədə Yeni il şənliklərinin keçirilməsini qadağan edib.

“Pakistan xalqı acınacaqlı vəziyyətdədir, buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib. Mən bütün pakistanlıları məzlum fələstinlilərlə həmrəylik nümayiş etdirməyə çağırıram”, o, televiziya ilə yayımlanan bəyanatında bildirib.

BƏƏ-nin Şarja şəhəri də Fələstinlə həmrəylik əlaməti olaraq Yeni il şənliklərinin qadağan edildiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki