image-1backend

Çində MI6-ya casusluq edən şəxs saxlanıldı

image-reklam_sirab_01

Çin Böyük Britaniyaya casusluq edən şəxsi saxlayıb.

Bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

“Üçüncü ölkə vətəndaşı Çin tərəfindən Britaniyanın xarici kəşfiyyat xidməti MI6-ya casusluq ittihamı ilə saxlanılıb. Huan soyadlı saxlanılan şəxs xarici konsaltinq təşkilatının rəhbəri olarkən dövlət sirlərinə aid sənədləri Britaniya kəşfiyyatına təhvil verib”, – məlumatda deyilir.

Bildirilir ki, həmin şəxs İngiltərədə müvafiq təlim keçib, casus avadanlığı ilə təmin edilib və Mİ6-nın göstərişi ilə Çinə gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki